Xəzər Xəbər

Goranboyda dəhşətli qətl Uşaq qardaşını ürəyindən bıçaqladı - VİDEO

Veb TV | 18:40 • 26 Yanvar 2019
Goranboyda dəhşətli qətl

Yeniyetmə ehtiyatsızlıqdan özündən 2 yaş böyük qardaşını öldürüb.

Hadisə gecə saatlarında Goranboy rayonunun Xanqərvənd kəndində baş verib. 15 yaşlıXəlil Məmmədov oyun oynayan zaman mətbəx bıçağı ilə qardaşı, 17 yaşlı İsmayıl Məmmədovun ürək nahiyəsinə zərbə vurub. Xəsarət alan oğlan hadisə yerində dünyasını dəyişib. Onun meyiti Goranboy rayon xəstəxanasının morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Tovuzda isə iki qohumun arasında atın otlaq sahəsinə hörükləməsi səbəbindən düşən mübahisə qanlı hadisə ilə nəticələnib. Rayonun Abulbəyli kənd sakini 26 yaşlı Fuad Əliyev öz qohumu, 29 yaşlı Eldəniz Kazımova ov tüfəngindən atəş açıb. Topuq nahiyyəsinə güllə dəyən Eldəniz Kazımov Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyəti kafi qiymətləndirilib. Hadisəyə səbəb atın otlaq sahəsinə bağlanması olub. Fuad Əliyev hadisə yerindən qaçsa da, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Hadisə zamanı istifadə edilən silah polis tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar