Xəzər Xəbər

Balıqları antisanitar şəraitdə hisə verib satan şəxs ifşa edildi - VİDEO

Veb TV | 20:06 • 24 Yanvar 2019
Balıqları antisanitar şəraitdə hisə verib satan şəxs ifşa edildi -

Bakıda, Pirallahı rayonunda polis antisanitar şəraitdə balıq hisə verən şəxsi tutub. Onun yaşadığı evin həyətindən xeyli sayda satış üçün nəzərdə tutulan balıq aşkar edilərək zərərsizləşdirilib.

Xezerxeber.az-ın məlumatına görə, məlum olub ki, bir tərəfdə it, pişik oynaşır, digər tərəfdə isə balıq hisə verilərək asılıb.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd nəticəsində antisanitar şəraitdə balıqları hisə verən şəxs saxlanılıb.

Ramiz Məmmədovun həyətində antisanitar şəraitdə hisə verilmiş 28 ədəd siyənək balığı götürülüb. O, dindirilmə zamanı Qida Təhlükəsizliyi Agentliyindən heç bir rəsmi sənədi olmadığını bildirib. Su polisləri bu cür antisanitar şəraitdə hisə verilmiş balıqların insan sağlamlığı və həyatı üçün təhlükəli olduğunu həmin şəxsin nəzərinə çatdıraraq ona xəbərdarlıq ediblər.

Polis bu cür reydləri mütəmadi keçirəcəyini və vətəndaşlara kafe, restoran və bazarlarda bu yolla hisə verilmiş balıqları almamağı tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar