Xəzər Xəbər

Doğuma görə birdəfəlik müavinətlə bağlı YENİLİK - VİDEO

Veb TV | 20:14 • 24 Yanvar 2019
Doğuma görə birdəfəlik müavinətlə bağlı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması sürətləndirilir.

Xezerxeber.az-ın məlumatına görə, pensiyaların avtomatlaşdırılmasından sonra yeni doğulan körpələrə görə verilən birdəfəlik müavinətlərin təyinatının avtomatlaşdırılması həyata keçiriləcək.

Nazirliyin sektor müdiri Babək Hüseynov qeyd edib ki, sözügedən təyinatın avtomatlaşdırılmasından sonra valideynlərin işi xeyli asanlaşacaq.

Bu məqsədlə valideynlər nazirliyin sosial müavinətlər alt sisteminə elektron qaydada müraciət edəcəklər. Hazırda müxtəlif qurumlarla əlaqəli şəkildə proqram təminatı üzərində işlər gedir.

Sektor müdiri vurğulayıb ki, sistem bir neçə aydan sonra istifadəyə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti