"Tramp administrasiyası NATO-ya təsir edib".
ABŞ prezidenti Donald Trampın NATO-ya etdiyi təzyiqlər alyansın 100 milyard dollar maliyyə resursu axtarmağa təhrik edib.
Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo Fox News-a müsahibəsində bildirib.
O, qeyd edib ki, NATO-nun hazırki baş katibi Yens Stoltenberq büdcənin 100 milyard dollara qədər artırılması ilə bağlı göstəriş verib.
O, həmçinin bildirib ki, ABŞ administrasiyasının hazırkı heyəti əvvəlkindən daha təsirlidir.
AzNews.az