Xəzər Xəbər

Nəsiminin əsərlərinin yeni akademik nəşrinə ehtiyac var - VİDEO

Veb TV | 20:17 • 21 Yanvar 2019
Nəsiminin əsərlərinin yeni akademik nəşrinə ehtiyac var -

"Nəsimi ili'' ilə bağlı bu il silsilə tədbirlər keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu ''Nəsimi ili'' ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.

''Nəsimi ili"ndə görüləcək işləri açıqlayan institutun direktoru Möhsün Nağısoylu bildirib ki, 2019-cu ilin "Nəsimi" ili elan olunmasi olduqca əlamətdar hadisədir.

Bu məqsədlə dahi şairin 650 illik yubileyi ilə bağlı bir sıra addımlar atılacaq. Bu il beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Konfransda həm ədəbiyyat, həm də dil məsələləri işıqlandırılacaq.

Direktorun sözlərinə görə, institutda "Nəsimi dil araşdırmaları qrupu"nun yaradilmasi nəzərdə tutulub. Bu qrup Nəsiminin dilini hərtərəfli araşdıracaq.

Alimlərin Nəsimi irsinin təbligi ilə baglı rayonlara səfəri nəzərdə tutulur. Paytaxt Bakı ilə yanaşı, bölgələrdəki orta və ali məktəblərdə Nəsiminin təbliğinə həsr edilmiş tədbirlər keçiriləcək.

Möhsün Nağısoylu əlavə edib ki, Nəsiminin əsərlərinin yeni akademik nəşrinə də ehtiyac var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar