Astarada şübhəli kimi saxlanılan şəxsin üzərindən və evindən narkotik çıxıb.
Xezerxeber.az-ın məlumatına görə, Astara polisi tərəfindən daxil olan məlumat əsasında əvvəllər dəfələrlə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Fikrət Cabbarov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd bükümdə 17 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Daha sonra isə əməliyyat davam etdirilib.
Saxlanılan şəxs narkotik vasitəni İran vətəndaşı Şəhriyar adlı şəxsdən əldə etdiyini bildirib.
Goranboy polisi də narkotik satışı ilə məşgul olan Gəncə şəhər sakini 52 yaşlı Arzu Qasımovu Xanqərvənd kəndi ərazisində saxlayıb. Onun üzərindən 2 kq-a yaxın marixuana aşkarlanıb.
Hər iki fakla bağlı cinayət işi başlanılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: