Xəzər Xəbər

Babək prosepktində asfalt örtüyündə çökmə baş verib - SƏBƏB - VİDEO

Veb TV | 20:15 • 21 Yanvar 2019
Babək prosepktində asfalt örtüyündə çökmə baş verib -

Bakının ən böyük prospektlərindən birində asfalt örtüyündə çökmə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Babək prosepktindən gedir.

Çökmə səbəbindən yolun şəhər istiqamətinə gedən 200 metrlik hissəsi bağlanaraq nəqliyyat vasitələrinin girişi Keşlə qəsəbəsi istiqamətinə dəyişdirilib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirib ki, adıçəkilən yolda çökmə yox, yolun asfalt örtüyünin 2-3 kvdaratmetr hissəsi deformasiyaya uğrayıb. Araşdırma zamanı yolun deformasiyaya uğramasının hansı səbəbdən baş verməsi məlum olub.

Anar Nəcəflinin sözlərinə görə, bu vəziyyət sadəcə yolda deyil, səkidə və səkidən kənar hissələrdə də var idi. Ona görə də əraziyə texnikalar cəlb olunaraq yolda təmir işlərinin aparılmasına başlanılıb.

Təmir işləri başa çatdıqdan sonra yolda hərəkətin tam bərpa ediləcəyi bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar