Xəzər Xəbər

43 ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb - VİDEO

Veb TV | 19:47 • 21 Yanvar 2019
43 ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb -

40-dan çox ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı Xəzər rayonu Şağan qəsəbəsində yaşayan İlqar Əlixanov müəyyən olunaraq tutulub.

Araşdırma zamanı müəyyən olunub ki, İlqar Əlixanov ödəmə terminallarından birinə məxsus şirkətdə inkasatr vəzifəsində işləyib. O, paytaxtın və respublikanın müxtəlif rayon və şəhərlərində olan həmin şirkətə məxsus ödəmə terminallarından ayırı-ayırı vaxtlarda gizli yolla 122 min 742 manat və 1200 dolları oğurlayıb.

Əməliyyat tədbirlərinin davamı olaraq İlqar Əlixanovun yaşadığı evə də baxış keçirilib. Ordan da müxtəlif vaxtlarda oğurladığı 42 min 145 manat və 9 min 400 dollar, o cümlədən də xeyli sayda açarlar və müxtlif növ alətlər aşkarlanaraq maddi subut kimi götürülüb.

Verilən məlumata görə, İlqar Əlixanov müxtəlif ünvanlarda olan 43 ödəmə terminalından oğurluq edib. Faktla bağlı onun barəsində cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri hələ davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar