Xəzər Xəbər

İsrail Rusiyanın artilleriya-raket kompleksini belə MƏHV ETDİ: 4 ölü, 6 yaralı - VİDEO

Veb TV | 12:43 • 21 Yanvar 2019
İsrail Rusiyanın artilleriya-raket kompleksini belə MƏHV ETDİ:

İsrailin Hərbi-Hava Qüvvələrinin Suriyaya aviazərbələri tələfata səbəb olub.

"RİA-Novosti” agentliyi xəbər verir ki, haqda Rusiya Milli Müdafiə İdarəsindən bildiriblər.

Aviazərbələr nəticəsində dörd Suriya hərbçisi həlak olub, altısı yaralanıb. Dəməşqin beynəlxalq aeroportunun infrastrukturuna qismən zərər vurulub.

Məlumata görə, yanvarın 1-də yerli vaxtla 02:11-dən 02:56-ya qədər İsrail hərbi aviasiyası qonşu dövlətin qərb, cənubi-qərb və cənub hissələrinə hücum edib. Suriyanın hava hücumundan müdafiə sistemləri zərbələri dəf edib, 30-dan çox qanadlı raket və idarə olunan təyyarə bombasını məhv edib.

İsrail hərbçiləri Suriyanın hava hücumundan müdafiə güclərinin iki kompleksinin məhv edilməsinin videoyazısını dərc ediblər. Onlardan birinin Rusiya istehsalı olan müasir "Pantsir-S” artilleriya-raket kompleksinin olduğu təxmin edilir.

İsraildə iddia edirlər ki, hücum İran güclərinin ərəb respublikasının ərazisindən Qolan hündürlüklərinə atəş cəhdinə cavab idi.

Bu, İsrailin Suriyada ötən ilin mayından İranın hərbi nöqtələrinə qarşı ən genişmiqyaslı hücumudu. Təl-Əviv əmin edir ki, özünün şimal sərhədlərində İran güclərinin möhkəmlənməsinə mane olmağa davam edəcəklər və xəbərdarlıq edirlər ki, bütün baş verənlərə görə Dəməşq məsuliyyət daşıyır.





Xəbər lenti