Azərbaycanın müstəqilliyini öz qanları ilə yazan şəhidləri ziyarət etmək üçün səhər saatlarından on minlərlə insan Şəhidlər Xiyabanına axın etdi.
Qanlı yanvar gecəsinin kədərini bu gün ən çox hiss edənlər isə həmin gün şəhid olan insanların yaxınları idi. Onlar 20 yanvar gecəsinin dəhşətlərini elə dünən olmuş kimi xatırlayırlar.
Bəziləri isə şəhidlər xiyabanına qərənfillərlə yanaşı şəhid olan yaxınlarının şəkilləri ilə gəlmişdi.
İnsanlar Azərbaycanın müstəqilliyinin qurbanı olan şəhidləri anmağı özləri üçün vəfa borcu hesab edirlər. Bu tarixi unutdurmamaq üçün xiyabana azyaşlı övladları ilə gələnlər də çox idi.
Şəhidlərin məzarını ziyarət edənlər onların qəbri üstünə qərənfillər qoydular və dualara etdilər.
Şəhidlərin məzarının ziyarət edilməsi gün boyu davam edib.