20 yanvar faciəsinin il dönümü bölgələrdə də qeyd edilib. Həmin günün şahidi olanlar acı xatirələri Xəzər Xəbərlə bölüşüblər.
Gəncədə qanlı yanvar faciəsinin 29-ci ildönümü münasibəti ilə ümümşəhər tədbiri keçirilib.
Səhər saatlarından Şəhidlər xiyabanına axın edən gəncəlilər Azərbaycannın suverenliyi, torpaqlarımızın azdlığı uğrunda canından keçənlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra əbədi məşəl kompleksi önünə, xiyanabdakı şəhid məzarlarına əklillər, gül dəstələri qoyulub. Daha sonra avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.
Gəncəlilər 1990-cı ilin yanvarında Gəncədə baş verənləri də qürur hissi ilə yada salırlar. O günlərin canlı şahidləri qeyd edir ki, eyni qanlı hadisələrin Gəncədə törədilməsi an məsələsi olub, ancaq buna imkan verilməyib.
Tədbirdə çıxış edənlər 29 il öncə törədilən "20 Yanvar" hadisəsinin təkcə hüzn günü kimi yox, eyni zamanda tariximizin şərəf və qəhrəmanlıq günü kimi yaddaşlarda qaldığını qeyd ediblər.
Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 29-ci ildönümü Sumqayıt şəhərində də böyük izdihamla qeyd olunub.
Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılan abidə və Vətənimizin qəhrəman övladlarının məzarlarını ziyarət edilib.
Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dualar oxuyub.
Havanın dumanlı,soyuq olmasına baxmayaraq böyükdən kiçiyə hərkəs əllərində tər qərənfillər şəhidlər xiyabanına axın edib. Mingəçevirlilər 20 Yanvar faciəsinin qurbanlarınıyad ediblər. Çıxış edənlər 20 Yanvar gününün qürur və mübarizə tarixi olduğunu, həmin günün qurbanlarının əziz xatirəsinin həmişə qəlblərində yaşayacağını bidiriblər.
Sonda Mingəçevir Dram teatrının aktyorları tərəfindən kompozisiya nümayiş olunub.
Lənkəranictimaiyyəti20 yanvarşəhidləriniböyükehtiramlayad edib. Milli azadlıq hərəkatının silinməz səhifəsi olan 20 yanvar faciəsinin 29-ci ildönümüşəhidlərin xatirə kompleksinin ziyarət olunması ilə başlayıb.Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, qanlı yanvar hadisələrində 11 Lənkəran sakini şəhid olub. Onlardan 5-i yanvarın 19-dan 20-nə keçən gecə Bakıda, 6-sı yanvarın 26-daLənkəranın Haftonu meşələrində, daha 1 nəfər isə vertolyotda aparılarkən məftillə rus hərbçiləri tərəfindən boğularaq qətlə yetirilib.