Xəzər Xəbər

Müəllim ailəsi nümunəvi vətənpərvər addım atdı VİDEO

Veb TV | 20:09 • 19 Yanvar 2019
Müəllim ailəsi nümunəvi vətənpərvər addım atdı

Bu xəbərimiz Qazaxda yaşayan bir müəllim ailəsindən bəhs edir. Bu ailənin üzvləri öz təşəbbüsləri və daxili imkanları hesabına Azərbaycan həqiqətləri ilə bağlı videolar hazırlayıb sosial şəbəkələrdə yayırlar. Maraqlıdır ki, onlar bu rolikləri Fransız dilində hazırlayırlar və bu işə tələbələrini də cəlb edirlər.

Qazaxın Kosalar kəndində yaşayan müəllim ailəsi 20 yanvar faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün maraqlı addım atıb. Onlar xalqımızın azadlığı uğrunda apardığı mübarizə və bu yolda canlarını fəda etmiş şəhidlərimiz haqqında video çəkərək, sosial şəbəkələr və video portallar vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

Videoda faciə haqqında məlumatları şagirdlər fransız dilində təqdim edirlər. Bu da məlumatların fransızdilli əcnəbilər tərəfindən daha rahat anlamalarına kömək edir.

Tələbbüskar ailə dərsdən sonra şagirdləri evə dəvət edib, faciə ilə bağlı onları daha dolğun məlumatlandırır. Bundan sonra evdə quraşdırılan yüksək keyfiyyətli kamera və xromokeydən istifadə olunmaqla videolar ərsəyə gətirilir.

İndiyədək bu məzmunda bir neçə video material hazırlayan ailə bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətindədir.

Xəbər lenti

Çox oxunanlar