Xəzər Xəbər

Zimbabve Azərbaycanın uğurlu təcrübəsini öyrənir VİDEO

Veb TV | 19:06 • 19 Yanvar 2019
Zimbabve Azərbaycanın uğurlu təcrübəsini öyrənir

Zimbabve prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfrinin əsas məqsədi, Azərbaycanın siyasi və iqtisadi sahədə təcrübəsini öyrənməkdir. Bu dövlətin rəsmiləri də etiraf edir ki, zəngin təbii resuruslarıdan səmərəli və məqsədyönlü istifadə, əldə olunmuş gəlirlərin digər bütün sahələrin inkişafına yönəldilməsi baxımdan Azərbaycanın apardığı siyasət ən uğurlu modellərdən biridir.

Azərbaycanın iqtisadi inkişaf modeli digər ölkələr tərfindən öyrənilir. Zimbave prezidentinin mətbuat katibisəfəri şərh edərkən əsas məqsədlərinin məhz Azərbaycanın uğurlarını şərtləndirən siyasi təcrübəni öyrənmək olduğunu bildirib.

Məsələ burasındadır ki, Zimbabve zəngin təbii resurslara malik bir ölkə olsa da bu üstünlüklərini ölkənin inkişafına çevirə bilməyib. Bunun bir səbəbi dəXarici asıllıq, daxili işlərə müdaxilə edilməsi və siyasi təzyiqlərdir. Buna bənzər təhdidləri dəf edərək müstəqil siyasət yürüdən və iqtisadi inkişaf tempi baxımından dünyada lider ölkələrdən olan Azərbaycanın siyasəti zimbave üçün ideal təcrübə hesab olunur.

2017 ci ildə hakimiyyətə gələn Emmerson Mnanqaqva ölkəsində islahatçı president kimi tanınır.Elə buna görə də , Emmerson Mnanqaqvasosial və iqtisadi sahədə uğurlu islahatlar aparan Azərbaycan kimi ölkələrin təcrübəsini öyrənməyə maraqlıdı. Təsadüfi deyil ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ASAN xidmət təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı keçirilib.Vətəndəşlara xidmət sahəsində dünyanın bir çox ölkələri üçün prioritet hesab edilən ''ASAN'' modeli bu ölkənin də xüsusi diqqət mərkəzindədir.

Bundanə əlavəAzərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətlər də böyük maraqla qarşılanır. Zimabave dünyada iqtisadi vəsiyasi azadlıqlarla bağlı hesabatlarda sonuncu yerləri tutan ölkələrdəndir. Bu istiqamətdə isə azərbaycan təcrübəsinin öyrənilməsində əsas məqsəd xarici təziqlərə rəvac vermədən ölkənin hərtərəfli inkişafını təmin etməkdir.

Digər tərəfdən Zimbabve Qoşulmama Hərəkatına üzv ölkədir. Azərbaycanın2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etməsi də Afrika ölkələrinin xüsusi maraq dairəsindədir. Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza malik olamsını şərtləndirən amillərdən biri də öz müsbət təcrübəsini bölüşməsidir. Elə buna görədir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır.

Xəbər lenti

Çox oxunanlar