Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə həmin qurumun ikili standartlardan çıxış etdiyini bir daha göstərdi. Ömründə bir dəfə də olsun Azərbaycanda olmayan deputatların ölkəmizin əleyhinə qəbul edilən bir qətnaməyə səs verməsi də məsələnin əsl mahiyyətini ortaya çıxarır.
Yanvarın 17-də Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamə qərəzlidir və ikili standartların bir nümunəsidir. Ermənipərəst qüvvələrin ortaya ataraq səs verdikləri sənədin məqsədi də Azərbaycanın imicinə kölgə salmaqdır. orosun ələaltılarından olan Rebekka Harmsın həmmüəllifi olduğu qətnamə Mehman Hüseynov məsələsindən istifadə edərək və qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir.
Həmin qvvələr Azərbaycanda güclü dövlətin olmasında maraqlı deyillər. Çünki, bu qüvvələr regionda onalrın diqtəsi ilə oturub-duran dövlət arzulayırlar.
İstər qətnamənin hazırlanma üsulubu, istəsə də bununla bağlı çıxışlar bunun Azərbaycana qarşı əvvəlcədən hazırlanmış kampaniyanın tərkib hissəsi olduğunu açıq göstərir.
Lakin bu anti Azərbaycan dairələr hələ də dərk etmək istəmir ki, demokratik inkişaf yolu Azərbaycan xalqının öz seçimidir. Nə Azərbaycan xalqı, nə də dövləti demokratiya adı altında ölkəyə təziq göstərilməsinə icazə verməyəcək.
Azərbaycana qarşı belə qərəzli qətnamələrin qəbul edilməsi ilk belə hal deyil. və yəqin ki sonuncu da deyil. bu cür addımalrın aqibəti də birmənalı olaraq fiyaskodur. Çünki heç bir təziq Azərbaycanın müstəqil siyasət yolundan çəkindərə bilməz.