Xəzər Xəbər

Bu il icbari tibbi sığortaya keçid üçün hazırlıq ilidir VİDEO

Veb TV | 19:54 • 18 Yanvar 2019
Bu il icbari tibbi sığortaya keçid üçün hazırlıq ilidir

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı bu il həlledici ola bilər.. Buna görə səhiyyə ilə bağlı bir sıra qanunlarda olan problemlər aşkar edilərək aradan qaldırılmalıdır ki, insanlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsini təmin etmək mümkün olsun.

Bu sözlərlə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. O, bildirib ki, orqan transplantasiyası ilə bağlı qanunun təkmilləşdirilməsinə də böyük ehtiyac var. Çünki, ordakı qaydalar günün tələblərinə uyğun gəlmir.

Millət vəkili Musa Quliyev isə bildirib ki, komitənin ən böyük uğurlarından biri böyük xərc tələb edən iki tibbi xidmətin icbari tibbi sığorta paketinə daxil edilməsidir. Hansı ki bu xidmətlərə görə insanlar indiyədək böyük həcmdə vəsaitlər ödəməli olurdular. Buna isə bir çoxlarının maddi imkanı çatmırdı.

komitə iclasında yeni sessiyada bir sıra qanunlara dəyişikliklər edilməsi təklif olunub. Bunlar "Reproduktiv sağlamlıq haqqında", "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında", "Optika və optikaçılıq haqqında" qanun layihələridir. Yaz sessiyasında "Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri" mövzusunda dinləmə keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar