Bu gündən etibarən Bakıda və Abşeron yarımadasında temperatur yüksəlməyə başlayıb. Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, proses yaxın günlərdə də davam edəcək. Onun sözlərinə görə, artıq dənizdə də dalğaların hündürlüyü aşağı düşüb.
2 gündür müşahidə olunan küləkli hava şəraiti artıq mülayimləşəcək
Havanın temperaturu bu gündən başlayaraq 4-5 dərəcə yüksəlib və proses sabah da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinində keçirilən brifinqdə Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva belə deyib.
Umayra Tağıyeva yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı da məlumat verib.
Umayra Tağıyeva ifrat təhlükəli proqnozun insanlar arasında narahatlığa və təşvişə səbəb olması məsələsinə də münasibət bildirib. O deyib ki, qəbul olunmuş hidrometeoroloji meyarlara görə, əgər küləyin sürəti 40 metrə yaxınlaşırsa və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər çatırsa, bu, ifrat təhlükəli hidrometeroloji hadisə kateqoriyasına aid olan prosesdir. Bununla bağlı xəbərdarlıq etmək isə hidrometeoroloqların vəzifə borcudur..