Xəzər Xəbər

Bakıda güclü külək fəsadlar törətdi, dağıntılar var VİDEO

Veb TV | 18:53 • 18 Yanvar 2019
Bakıda güclü külək fəsadlar törətdi, dağıntılar var

Güclü külək ötən gecə bir sıra fəsadlar törədib. Paytaxtdakı 188 saylı məktəbin dam örtüyü uçub, digər məktəblərə ziyan dəyib. Bundan başqa, paytaxtın bəzi yerlərində reklam lövhələri də qırılaraq yola düşüb. Sumqayıtda da müəyyən fəsadlar qeydə alınıb.

Əsən güclü külək səbəbindən ötən gecə də fəsadsız ötüşməyib. Ən böyük ziyan Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşənməktəbə dəyib.

Müvafiq dövlət qurumlarının əməkdaşları məktəbdə qeydiyyat aparıb və təmir- bərpa işlərinə başlanılıb. İşlərin qısa zamanda başa çatdırılıb, tədris üçün normal şəraitin qurulması planlaşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə isə, güclü külək nəticəsində 97, 165, 228 nömrəli tam orta məktəblərin dam örtükləri də müəyyən dərəcədə zədələnib, 197 nömrəli məktəbin qazanxanasının dam örtüyünün bir hissəsi uçub, 139 nömrəli məktəbin idman zalının pəncərələri, bəzi məktəblərdə bir neçə sinif otağının pəncərələri sınıb.

Paytaxtın Xətai rayonu Gəncə prospekti 61 ünvanında isə divara vurulmuş aqlay daşları avtomobillərin üzərinə tökülüb.Nəticədə iki avtomobil əzilib. Eyni zamanda paytaxtın müxtəlif yerlərində ağaclar və reklam lövhələri də aşıb,bəzi binalarda pəncərlər sınıb.

Güclü külək Sumqayıtda da bir sıra fəsadlara yol açıb. Şəhərin 13-cü mikrorayonunda telekominikasiya qovşağının damı uçub. Hadisə zamanı taxta parçaları ətrafa, eləcə də yaxınlıqda yerləşən yaşayış binalarına dəyib. Nəticədə binanın bir neçə pəncərəsi sınıb.

Xəbər lenti