Rayondan Bakıya gələn sürücü dayanma və durma qaydasını pozduğu üçün cərimə edilib. sürücü iddia edir ki, 1 dəqiqə fərqlə ona iki dəfə eyni əmələ görə elektron protokol tərtib edilib. Məsələyə Bakı Nəqliyyat Agentliyi münasibət bildirib.
Dayanma və durma qaydasını pozan sürücüyə 1 dəqiqə fərqlə iki elektron protokol tərtib edilib.
Bunu sürücü Şahin Baxışəliyev iddia edir. Şamaxı sakini olan sürücü deyir ki, avtomobili ilə hər gün rayondan paytaxta müştəri gətirib-aparır. Bir neçə gün əvvəl ona paytaxtın Azərbaycan prospektində olarkən ''sms'' gəlib ki, dayanma və durma qaydasını pozduğu üçün cərimə edildi.
Sürücü həmin ərazidən bir az kənarda yol polisinə yaxınlaşaraq bu barədə məlumat verib. Polislər ona bu məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etməli olduğunu bildiriblər. Şahin Baxışəliyev sözügedən agentliyin inzibati binasının yerləşdiyi ərazini tanımadığı üçün müraciət etməyib. Amma o, bir dəqiqə fərqlə eyni ərazidə dayanma və durma qaydasını pozduğu üçün cərimə edilməsini düzgün hesab etmir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ''Xəzər Xəbər''ə bildirdi ki, həmin sürücü barəsində dayanma və durma ilə bağlı Azərbaycan prospektində elektron protakol saat 11:28-də, digər protakol isə eyni əmələ görə, bir neçə dəqiqə əvvəl Şıxəli Qurbanov küçəsində saat 11:03-də tərtib edilib. Protakolların nömrəsi də fərqlidir. Mais Ağayev digər dayanan sürücülərin cərimələnməməsi ittihamlarına isə cavab olaraq bildiridi ki, şəhər ərazisində dayanma və durmanı qadağan edən nişanın tələbin pozan bütün sürücülər gün boyu cərimələnir.