Qidaların qarışdırılaraq yeyilməsi məsləhət görülmür. Xüsusən bayram günlərində evdə bir neçə cür yeməklərin bişirildiyini nəzərə alsaq, bu məsələ yenidən gündəmə gəlir. Həkimlər bayram günlərində qidaların qarışdırılmamasını və yeməkləri uzun müddət saxlamamağı tövsiyyə edir. Köhnə yeməklərın yeyılməsı bir sıra fəsadlara səbəb ola bilər.
Əksər insan bayram günlərində düzgün qidalanmağa əməl etmir. Eyni anda süfrəyə gələn yeməklərin demək olar ki, hamısından istifadə edilir. Bu isə bəzi hallarda zəhərlənmə, başağrısı və bu kimi xoşagəlməz nəticələrə səbəb olur.
Həkim-dietoloq Leyla Zülfüqarova bu günlərdə qidaların qatışdırılaraq yeyilməsini məsləhət görmür. Onun sözlərinə görə,xüsusi ilə qazlı iökilərdən uzaq durmaq lazımdı.
Mədə bağırsaq pozğunluqlarının və zəhərlənmələrin əsas səbəblərindən biri də bayram günündə bişən yeməklərin bir neçə gün yeyilməsidir. Həkimin sözlərinə görə, köhnə yeməklərin yenidən isidilməsi bir sıra fəsadlara səbəb ola bilər. ona görə də yeməklərin saxlanma şəraitinə diqqət yetirmək lazımdır
Bir çox hallarda bayramdan sonra çoxlu yemək qalır. Ona görə də bayram süfrəsi hazırlanarkən ailə üzvlərinin sayına uyğun yemək hazırlanması məsləhətdir. Bu həm büdcənizə qəanət olar həm də sağlamlıqlara bağlı fəsadların qarşısını alar.