Yol polisi əməkdaşları Astarada reyd keçirib. Reyd bir sıra maraqlı məqamlarla yadda qalıb. Hətta spirtli içkinin təsirindən alkotestrlə mikrofonu səhv salanlar da olub.
Biri o dərəcədə sərxoşdur ki, alkotestrlə mikrofonu səhv salıb. Digəri bayramı bəhanə edərək məsuliyyətdən yayınmağa çalışır. Bir neçə sürücü isə polisin "Saxla!" əmrinə tabe olmayaraq qaçmağa çalışıb.
Görüntülər Yol Polisi əməkdaşlarının Astarada keçirdiyi reyddəndir. Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sərnişindaşıma qaydalarını pozan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən sürücülərlə yanaşı sərxoş vəziyyətdə sükan arxasına əyləşənlərə də rast gəlinib.
Digər sürücü isə əvvəlcə sürücülük vəsiqəsinin avtomoilə düşərək itdiyini deyib. Araşdırdıqda isə məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur.
Bu sürücü isə qardaşının sürücülük vəsiqəsini öz sənədi kimi təqdim edərək polisləri aldatmağa çalışıb.
Reyd zamanı 13 sürücü barəsində inzibati protokol tərtib edilib. Bir neçə avtomobil isə cərimə meydançasına aparılıb.