Sözügedən tankların sınaqlarına bu ildən başlanacaq.Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Universal Armata platformasında yaradılan və ordu üçün inkişaf etdirilən T-14 tankının istehsalçı sınaqları tamamlanmaq üzrədir.
Rusiya T-14-ün dünyada bənzəri olmayan yeganə tank olduğunu iddia edir.3 ekipaj ilə nəzarət edilə bilən T-14 dəqiqədə 10-12 atış yerinə yetirə bilir. Bundan əlavə, bu tankla lazerlə idarə edilən bilən raket atışlarını da icra etmək mümkündür.
T-14 tankı 50 ton ağırlığındadır və uzunluğu 10,8 metr, eni 3,5 metr və hündürlüyü isə 3,3 metrdir./Axar.az