Xəzər Xəbər

Türkmənlərə kosmosdan təbrik gəldi... – Milyonların izlədiyi - VİDEO

Veb TV | 13:52 • 1 Yanvar 2019
Türkmənlərə kosmosdan təbrik gəldi...

Türkmənistanda yaşayan rus kosmonavt, Beynəlxalq Kosmos Stansiyasına rəhbərlik edən Oleq Kononenko prezident Qurbanqulu Berdıməhəmmədov və Türkmənistan xalqını təbrik edib.

Türkmənlərə kosmik stansiyadan təbrik göndərən Oleq Kononenko Türkmənistan bayrağını və prezidentin "Türkmənistan – İpək Yolunun qəlbi” kitabını nümayiş etdirib.

Kononenko qeyd edib ki, onun doğulduğu və yaşadığı ölkəyə xüsusi duyğuları var.

Qeyd edək ki, Rusiya qəhrəmanı adını almış Oleq Kononenko 1964-cü ildə Türkmənistanın Türkmənabad şəhərində doğulub. 2009-cu ildə Türkmənistan prezidentinin fərmanı ilə "Prezidentin ulduzu” ordeni ilə təltif edilib.

2015-ci ildə Türkmənistanın ilk kosmik kommunikasiya peyki "TürkmenAlem” ("Türkmən kainatı”) fəaliyyətə başlayıb.

Peyk Fransanın "Thales Alenia Space” şirkəti tərəfindən hazırlanıb və "Cape Canaveral” (ABŞ) kosmodromundan ABŞ-ın "SpaceX” şirkəti tərəfindən geostasionar orbitə çıxarılıb.

Kosmonavtın Yeni il təbriki ilə bağlı video-görüntüsünü təqdim edirik:


Rubrikanın digər xəbərləri

Xəbər lenti