Xəzər Xəbər

Futbolçu qapıya girdi və ştanqı əydi VİDEO

Veb TV | 11:59 • 1 Yanvar 2019
Futbolçu qapıya girdi və ştanqı əydi

Qapı toru onun çəkisinə davam gətirməyib və ştanq əyilib.

Avstraliyanın A liqasının "Sentral Kost Mariners” – "Pert Qlori” görüşündə kuryoz hadisə baş verib.

Dekabrın 31-də Qosfrodda "Sentral Kost” stadionunda keçirilən qarşılaşmanın 10-cu dəqiqəsində "Pert Qlori”nin müdafiəçisi Tomislav Mrçela topu tordan keçirərkən inersiya ilə qapıya girib.

Qapı toru onun çəkisinə davam gətirməyib və ştanq əyilib. Hakim isə qolu oyundan kənar vəziyyətdən vurulduğuna görə qeydə almayıb.

Qeyd edək ki, matç qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. (oxu.az)

Az

Xəbər lenti