Bayramlaəlaqədar sərhədkeçidməntəqələrində intensivlikartıb.
Qazax rayonundakı"Sınıq Körpü" buraxılış məntəqəsində sərnişin və nəqliyyatın hərəkətinin intensivliyi qeydə alınsa da hər hansı bir sıxlıq qeydə alınmayıb. Ərazidə xidmət aparan Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin gücləndirilmiş iş rejiminə keçib. Dövlət Sərhəd Xidmətindən Xəzər Xəbərə bildirildi ki, keçid postlarında gün ərzində 1800-2000 sərnişin qeydiyyata alınır ki,bu da adi günlərlə müqayisədə iki dəfə çoxdur.
Bayram günləri ərəfəsində, həmçinin qonşu ölkələrdən də Azərbaycana turist axını davam edir. Daha çox Türkiyə, İran və Rusiyadan Azərbaycana gələnlər üstünlük təşkil edir. "Sınıq Körpü" buraxılış məntəqəsindənbildirildi ki, yarana biləcək tıxac və sıxlığın qarşısını almaq üçünhər il olduğu kimi bu il əlavə işçi qüvvəsi cəlb olunub..
Rusiya sərhəddindəki Qusardakı "Samur" postunda da intensivlik artıb.Yeni ili Azərbaycanda keçirmək istəyənlər avtomobil yolu ilə vətənə qayıdıb.Sakinlər sıxlıq olmadığını bildirib.
Hazırda "Samur" buraxılış məntəqəsigündəlik iş rejimində fəaliyyətini davam etdirir.