Bayramla əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib.Metro bu gecə saat 2 kimi işləyəcək,Bakı yollarında isə işıqforlarda yaşıl dalğa tətbiq ediləcək.
"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə,şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub.
Qurum rəsmisinin sözlərinə görə,bayram günlərində sərnişinlərin rahatlığı üçünmetroda xüsusi konsert proqramıda hazırlanıb.Konsert proqramı yanvırın 2-ə kimi davam edəcək.
Sərnişinlərə yeni il sürprizlərindən biri olan retro vaqonların qoşulduğu iki qatar isə müəyyən edilmiş qrafiklə xəttə çıxarılıb. Sərnişinlər Retro vaqonların qoşulduğu iki qatarı yanvarın 2-dək görə biləcəklər.
Bu axşam isə Bakıdakı işıqforlarda yaşıl dalğa tətbiq ediləcək.Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə,axşam saatlarından etibarən yanvarın 1-i gecə saatlarınadək şəhər yollarındakı svetoforların fəaliyyətinə nəzarət adi günlərlə müqayisədə artırılacaq. Sıxlıq müşahidə edilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə svetoforlarda yaşıl dalğa tətbiq ediləcək.Bayramla əlaqədar bu gecə avtobusların fəaliyyəti sərnişin axınına uyğun olaraq təşkil ediləcək. Həmçinin zərurət olan istiqamətlər üzrə xəttə əlavə avtobuslar buraxılacaq.
Agentlik Bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.
Bakı şəhər icra hakimiyyətindən isə bildirildi ki,Bakı Bulvarında bayramla əlaqədar bu axşam böyük atşəfəşanlıq keçiriləcək.