2018-ci il ölkəmiz üçün əlamətdar hadisələrlə yadda qaldı.
Aprelin 11 prezident seçkiləri keçirildi. 74 faiz seçici fəallığının müşahidə olunduğuseçkilərdə yap-ın sədri İlham Əliyev qalib gələrək prezident seçilib.
20 ildən artıq müzakirə mövzusu olan Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalandı.Konvensiyaya əsasən Xəzər dənizinin su səthinin əsas sahəsi tərəflərin ümumi istifadəsində qalacaq, Xəzərin dibi isə ikitərəfli razılaşmalar əsasında qonşu dövlətlər arasında bölüşdürüləcək.
Azərbaycan ''azerspace 2'' adlı növbəti peykini orbitə buraxdı.İstismar müddəti minimum 15 il olacaq yeni peyk azərbaycana 400 milyon dollara yaxın vəsait qazandıracaq.
Azərbaycan və Türkiyənin 6 illik qısa müddətdəərsəyə gətirdikləri TANAP layihəsi istifadəyə verildi.Bu nəhəng layihə Azərbaycana milyardlarla dollar sərvət qazandırmaqla yanaşı,Xəzərin karbohidrogen ehtiyyatlarını Avropa istehlakçılarına çatdıracaq. Bununla da Azərbaycan enerji təhülkəsizliyində vacib fiqura çevrildi...
Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub.Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə Avropaya çatdırılacaq.Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub.
İqtisadi əhəmiyyətinə görə TANAP, Bakı-Tiflis-Qars kimi meqa layihələrlə müqayisə olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir.Bununla da avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan azərbaycan nəqliyyat və logistika mərkəzinə çevrilib..
Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabatda Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atıb və əksər indikatorlar üzrə mövqeyini daha üst səviyyəyə qaldırıb
Türkiyənin İzmir şəhərində Azərbaycan və Türkiyənin birgə layihəsi olan"Star" neft emalı zavodunun açılış mərasimi oldu. 6 milyard dollardan çox sərmayə yatırılan zavodda il ərzində 10 milyon tondan çox xam neft istehsal ediləcək.
AXC-nin 100 illik yubileyi qeyd edildi.Tədbirdə çıxış edən prezident İlham Əliyev vurğuladı ki, azərbaycan xalq cümhuriyyətinin yaradılması tarixi hadisədir. Bu bir daha sübut edir ki, azərbaycan xalqı böyük xalqdır, azadlıqsevər, mütərəqqi xalqdır.
1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.
11 min hektar ərazi ilə yanaşı İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuznəzarət etməyə başladı.
Bakıda Silahlı qüvvələrin yaradılmasının 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçrildi. Paradda arsenalımızda olan ən müasir silah və həbri texnikalar nümayiş etdirildi
Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan böyük parad keçirildi. Azərbaycan və Türkiyəsilahlı qüvvələrinin iştirakı ilə keçirilən paradda çıxış edən prezident İlham Əliyev Azərbaycan bayrağının bütün işğal olunmuş torpaqlarda dalğalanacağını bildirib.Bakıya gələn Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Ermənistanın işğala son qoymayana qədərsərhədlərin açılmayacağını vurğulayıb.
6-cı Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb.Azərbaycan bir daha dünyaya beynəlxalq dialoqun mərkəzi olduğunu nümayiş etdirdi...