Sabahdan etibarən vergilər məcəlləsinə edilmiş dəyişikilklər qüvvəyə minir.Yanvarın 1-dən sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhərində 4 faizdən 2 faizə endirilib.Mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi vergidən azad edilir.
Ofisiant,bərbər, dərzi fəaliyyəti ilə məşğul olan şəxslər gəlirindən asılı olmayaraq sabit qəbz sisteminə keçirilirlər. Əmək müqaviləsi imzalamadan işçiləri işə cəlb edən işəgötürən birinci dəfə 2 min, ikinci dəfə 4 min, növbəti dəfələrdə 6 min manat cərimə olunacaq.Bundan əlavə işləyənlərin bir qismi gəlir vergisindən azad edilir
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə , əmək pensiyalarının yeni qaydalarla indeksiyası, yəni artımı həyata keçiriləcək. Əvvəllər əmək pensiyalarının indeksasiyası inflyasiyanın səviyyəsinə uyğun aparılırdı.
Vüqar Bayramovun sözlərinəgörə bir sıra məhsulların idxalı zamanı yeni aksiz dərəcələri tətbiq ediləcək
Bundan əlavə yanvarın 1-dən etibarən ölkə ərazisindəsahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.Vergi yoxlamaları, Dərman vasitələri, ərzaq məhsullarının təhlükəsizliyi sahəsində nəzərdə tutulan yoxlamalar isə istisnadır.
Yol hərəkəyi qaydaları üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə yanvarın 1-dən etibarən yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılacaq. Bununla yanaşı yol hərəkəti təhlükəsizliyi üzrə dövlət proqramının icrasına başlanılacaq.