Bu il bölgələrdə yaşayan uşaqlar üçün ikiqat bayram olub. Bir qrup gəncin ərsəyə gətirdiyi layihə ilə ucqar kəndlərdəki uşaqlara müxtəlif hədiyyələrgöndərilib. Layihəyə dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimiz də dəstək olub.
Bu il də şaxta baba ucqar kəndlərdəki uşaqların arzularını reallaşdırdı. Kimisi ondan rəngli karandaş,kimi oyuncaq ayı,kimisi dəməktəb ləvazimatları istədi.
Bu il də ucqar kəndlərdən şaxta babaya məktub yazan uşaqlar hədiyyəsiz qalmadı.Artıq iki ildir davam edən layihəyə bu il dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimiz də dəstək olub..
Layihənin təşkilatçısı Nigar Hüseynovanın sözlərinə görə, ehtiyacı olan uşaqları tapıb əlaqələndriməkdə onlara bölgələrdə işləyən müəllimlər də köməklik göstərib.Layihəyə maraq və dəstək böyük olduğuna görə əlamətdar günlərdə də bu kimi kampaniyalar tez tez təşkil olunacaq.
Qeyd edək ki,layihə bu il Azərbaycanın 8 rayonunu əhatə edib.