Xəzər Xəbər

Azərbaycanda bayram ərəfəsində sevinc yaşayan ailədə FACİƏ VİDEO

Veb TV | 18:15 • 31 Dekabr 2018
Azərbaycanda bayram ərəfəsində sevinc yaşayan ailədə FACİƏ

Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.

Hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb.

İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər lenti