Qeyri-neft məhsullarının ixracı 10 faiz artıb.
İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib ki, 2018-ci ildə dünyaca məşhur qida və sənaye məhsulları sərgilərində Azərbaycanlı sahibkarların xeyli məhsulu nümayiş olunub. Bu il 11 ixrac missiyası təşkil olunub və vahid ölkə stendi ilə 11 sərgidə iştirak həyata keçirilib. Bu missiyaların real nəticələri də var.
Bunun nəticəsidir ki, ötən illə müqayisədə qeyri-neft məhsullarının ixracında 10 faiz artım olub. AZPROMO-nun rəsmisinin sözlərinə görə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi ilə bağlı gələn il əvvəlkindən də çox tədbirlər həyata keçiriləcək.
Yusif Abdullayev qeyd edib ki, əsas hədəf qeyri-neft ixracının ildən-ilə artırılmasına və ixracatçıların real nəticələr əldə etməsinə nail olmaqdır.