Velosipedləri üçrəngli bayraqlarla bəzəyərək yürüşə çıxdılar...
Görüntülər Dövlət Təhlükəsizliyi Xidmətinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təşkil etdiyi veloyürüşdəndir. Heydər Əliyev Mərkəzinin və bir neçə velosiped idmanı təşkilatının dəstəyi ilə baş tutan yürüşün devizi "Gücümüz həmrəyliyimizdir" olub.
"Azneft" meydanından başlayan veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev,peşəkar, həvəskar, eləcə də əlil velosipedçilər iştirak ediblər.
Bayram yürüşü Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.
Veloyürüş iştirakçıları ilə xatirə şəklinin çəkdirilməsilə tədbir başa çatıb.