Xəzər Xəbər

Vəhşi heyvan əti satan restoranlar cəzalandırılacaq VİDEO

Veb TV | 19:49 • 21 Dekabr 2018
Vəhşi heyvan əti satan restoranlar cəzalandırılacaq

Vəhşi heyvan əti satan restoranlar cəzalandırılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Ayaz Əliyev bildirir ki, bəzi restoranlar müxtəlif quş və vəhşi heyvan ətlərini ovçulardan alaraq vətəndaşlara satırlar. Bu heyvanlar baytar nəzarətindən keçmədiyi üçün də təhlükə mənbəyidir və insanlar bu heyvanların daşıdığı müxtəlif xəstəliklərə yoluxa bilərlər.

Ayaz Əliyevin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə yaxın vaxtlarda ictimai iaşə obyektlərində reydlər keçirəcək. Vəhşi heyvan və quş əti satan restoranlar da ciddi şəkildə cəzalandırılacaq. Hətta obyekt bağlana da bilər.

Nazirlik vətəndaşlara və vasitəçi şirkətlərə bu məsələlərə daha da məsuliyyətli yanaşmağı və mövcud qanunvericiliyin tələblərinə əməl etmələrini tövsiyyə edir.

Xəbər lenti

Çox oxunanlar