Böyük şair və dramaturqHüseyn Cavidin ''Seçilmiş əsərləri'' özbək dilinə tərcümə edilib. TərcüməyəÖzbəkistanın tanınmış yazıçıları cəlb edilib. Çıxışedənlər onun zəngin yaradıcılığından danışıb. Bildirilib ki, Cavid məhz türkçülük ideyasına görə şəhid olub. Buna görədəonun fikirlər bütün türk dünyasında təbliğ edilməlidir
Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərlərinin özbəkcə nəşrinin təqdimatı olub.
"Əmir Teymur", "Peyğəmbər", "Şeyx Sənan" və "Səyavuş" əsərləri özbək dilinə ''Kaspi'' təhsil şirkətinin təsisçisi Sona Vəliyevanın təşəbbüsü və təşkilatçılığı ilə tərcüməedilib.
Azərbaycan Dillər Universitetində keçirilən təqdimatda universitetin rektoru, professor Kamal Abdulla, tanınmış ziyalılar, özbəkistan yazıçılar birliyinin üzvləri və universitetin müəllim və tələbələri iştirak ediblər
Kamal Abdulla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dahi şəxsiyyətə siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb.Ulu öndər Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvanda torpağa tapşırılıb. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikilib, Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.
Sonra çıxış edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Hüseyn Cavidin bütün türk dünyasının şairi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Cavid məhz türkçülük ideyasına görə şəhid olub. Elə bu səbəbdən ədəbiyyatımıza ölməz əsərlər bəxş edən Cavidin müəllifi olduğu fikirlər bütün türk dünyasında təbliğ edilməlidir
Daha sonra AMEA-nın müxbir üzvü, professor Kamran Əliyev, Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi Babaxan Şərifov və digər çıxış edənlər Hüseyn Cavidin həyat və yaradıcılığından danışıblar.