Qadın aldığı travmadan hadisə yerində həlak olub
Yol-nəqliyyat hadisəsi nəticəsində növbəti daha bir süpürgəçi qadın dünyasını dəyişib. Hadisə Sumqayıt şəhəri ərazisində baş verib.
Bu barədə Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, insident dekabrın 21-də şəhərin Heydər Əliyev prospektində yaşanıb.
"VAZ-2104" markalı avtomobil küçədən keçən piyadanı - 54 yaşlı Bayramova Xeyransa Seyran qızını vurub. Qadının aldığı travma ölümcül olub və o, hadisə yerindəcə dünyasını dəyişib.
Daha sonra məlum olub ki, Bayramova Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin işçisidir. Faktla bağlı araşdırma aparılır.