Xəzər Xəbər

Komediya sevərlərə şad xəbərimiz var Kinoteatrlarda yenidən "Qızqaçırtma" həyəcanı yaşanacaq - VİDEO

Veb TV | 19:19 • 21 Dekabr 2018
Komediya sevərlərə şad xəbərimiz var

Komediya sevərlərə şad xəbərimiz var. Böyük tamaşaçı rəğbəti qazanmış "Qızqaçırtma" filminin ikinci hissəsi artıq kinoteatrlarda nümayişə çıxıb. Filmin qala gecəsi "Xəzər" Media Mərkəzində baş tutub və maraqlı görüntülərlə yadda qalıb. Yeni il ərəfəsində belə bir filmin kinoteatrlara çıxarılması, əslində, bayram günlərini daha da əyləncəli etmək üçün əla fürsətdir..

Kinoteatrlarda yenidən "Qızqaçırtma" həyəcanı yaşanacaq.

"Kaspi Kreativ Lab" və "Xəzər" Media Mərkəzinin birgə ərsəyə gətirdiyi növbəti film bu gündən etibarən kütləvi nümayişə çıxıb.

Baş rollarda Fərda Amin, Sevil və Sevinc bacıları, Elşən Hacıbabayev və Kənan Yusifin çəkildiyi filmin qala gecəsi baş tutub. Mərasimdə filmin yaradıcı heyəti və məşhur simalar iştirak ediblər.

Film məcara və komediya janrındadır. Bu dəfə əsas hadisələr qatarda baş verir...

Filmin həyəcanlı, nəfəskəsən və gülməli səhnələri sona qədər davam edir..

Filmin baş prodüseri Coşqun Vəliyev, quruluşçurejissoru Rüfət Şahbazov, ssenari müəllifi isə Fariz Əliyevdir.

Siz də bayram günlərində ailənizlə birlikdə doyunca gülmək və komediyadan zövq almaq istəyirsinizsə, bu günədən etibarən kinoteatrlara üz tuta bilərsiniz.

Xəbər lenti