Xəzər Xəbər

Bazarlarda canlanma müşahidə edilir VİDEO

Veb TV | 18:51 • 21 Dekabr 2018
Bazarlarda canlanma müşahidə edilir

Yeni ilə bir neçə gün qalmış bazarlarda canlanma müşahidə edilir. Amma hələki bu amil qiymətlərə ciddi təsir göstərməyib. Həm satıcılar, həm də alıcılar qiymətdən razıdırlar.

Bayram yaxınlaşdıqca bazarlarda da canlanma müşahidə edilir. Bazarın hərbir tərəfində qızğın alver gedir.

Görüntülər 8-ci kilometr bazarındandır. Satıcıların sözlərinə görə ötən 10 günə nisbətən indi bazarda canlanma var.

Hər il bayram ərəfəsində adətən çərəzlərin qiymətində artım müşahidə edilir ki, bu il hələki bu baş verməyib.

Bazarda qabıqlı qozun 1 kiloqramının qiyməti 5 manat, fındığın 1 kiloqramı isə 6 manatdan təklif edilir. Püstə, badam kimi çərçəzlər isə əsasən xaricdən gətirildiyindən bir kilosu 20 manatdan baha satılır.

Xəbər lenti