Heydər Əliyev adına Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimi olub. Prezident İlham əliyev mərasimdə iştirak edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Bildirilib ki, bitum qurğusu istismara verildikdən sonra burada illik istehsal 250 min tondan 400 min tona çatdırılacaq. Bu həcm ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur. Bu qurğudayüksək keyfiyyətli bitum istehsal ediləcək.
Zavodda yenidənqurma işləri 3 mərhələdə icra olunur. 2020-ci ilin sonunadək AVRO-5 keyfiyyət standartına cavab verən dizel yanacağının alınması nəzərdətutulur...2021-ci ildəisəeyni keyfiyyət standartına cavab verən A-92, 95 və 98 benzin məhsullarının istehsalı üçün yeni qurğuların inşası həyata keçiriləcək.
Aparılacaq işlər zavodun illik emal gücünü 7,5 milyon tona çatdırmaqla "Azərikimya" İstehsalat Birliyinin xammalla təchizatının sabit şəkildə təmin edilməsinə imkan verəcək. Prezident İlham Əliyev yeni bitum qurğusunu işə salıb...
Yeni qurğu enerjiyə daha çox qənaət etməklə, ekoloji durumun yaxşılaşdırılmasına, zavodun istismar xərclərinin optimallaşdırılmasına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında da iştirak edib. Ədliyyə naziri Fikrət Məmmədov dövlətbaşçısına görülən işlər barədə məlumat verib.
Prezident , binanın rəmzi açılışını bildirən lenti kəsib. Bildirilib ki, Binəqədi Rayon Məhkəməsi təxminən 265 minə yaxın əhaliyə xidmət edir.Binada ümumilikdə 12 məhkəmə iclas zalı fəaliyyət göstərir. Azərbaycan Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamının icrası çərçivəsində burada "elektron məhkəmə" və "elektron icra" informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb və bina müasir İKT avadanlığı ilə təchiz olunub.
Dövlət başçısına notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi barədə məlumat verilib.
Bildirildi ki, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan "elektron notariat" informasiya sistemin? birbaşa çıxışı olan xüsusi çanta hazırlanıb. Notariuslar həmin çantalarla hər hansı məkana bağlı olmadan fiziki və hüquqi şəxslərə bütün növ notariat hərəkətləri üzrə səyyar xidmət göstərə bilərlər. Eyni zamanda, yeni qanuna əsasən məsafədən xidmətlərin göstərilməsini mümkün edən elektron ədliyyə köşkü də yaradılıb. Belə ki, təxirə salınmadan ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə, o cümlədən sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılacaq həmin köşklər notariuslarla videoəlaqə vasitəsilə notariat hərəkətinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq. Həftənin bütün günləri 24 saat fəaliyyət göstərən bu innovativ qurğudan istifadə edərək borca görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər ödənişləri həyata keçirə və məhdudiyyəti avtomatlaşdırılmış qaydada aradan qaldıra bilərlər.
Son illərdə Azərbaycanda məhkəmə sistemində tətbiq edilən yeniliklər beynəlxalq aləmdə təqdir olunur. Bununla əlaqədar ötən il Azərbaycan Avropa Şurasının "ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülüb. Bu il isə Avropa Şurası ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. Avropa Şurası tarixində ilk dəfə olaraq bu vəzifəyə Azərbaycan təmsilçisi seçilib. Qurumun yeni rəhbəri, hakim Ramin Qurbanov Prezident İlham əliyevlə görüşüb.