Yeni ilin yaxınlaşması gündəlik kirayə ev bazarında canlanma yaradıb.
Buna səbəb bayramla əlaqədar ölkəmizə gələn turistlərin sayının artmasıdır. Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, indiərəb, asiya ölkələrindən vəİrandan gələn turistlərin əksəriyyətidaha çox gündəlik evlərə üstünlük verirlər. Tələbatın artması bu tip evlərin qiymət artımına səbəb olub.
Ən çox tələbat iki və üç otaq olangündəlik evlərədir . Gündəlik kirayə mənzillərin qiyməti minimum 100-110 manatdan başlayır. Ən bahalı evlər isə İçərişəhər, Sahil metrostansiyaları ətrafında yerləşir. Ramin Osmanlı bildirir ki, turislər 28 may metrosu istiqaməti və paytaxtda Qış Parkı kimi tanınan ərazilərdə yerləşən evlərə daha çox üstünlük verirlər.
Ekspertin sözlərinə görə, turistlər gündəlik mənzil kirayə edərkın əsasən təmirə fikir verirlər. Bundan başqa, qonaqlar üçün evdə zəruri mətbəx əşyaları və televizorun olması da tələblər arasında yer alır. Ramin Osmanlı deyir ki,gündəlik evlərdə qalmaq otellə müqayisədəəcnəbilərə 2-3 dəfə büdcələrinə qənaət etməyə imkan verir.