Xəzər Xəbər

Azərbaycan tələbələrinin II qurultayı keçirildi VİDEO

Veb TV | 18:25 • 21 Dekabr 2018
Azərbaycan tələbələrinin II qurultayı keçirildi

Gənclərin yaxşı təhsil alması dövlətin əsas prioritetlərindən biridir. Bunu Tələbələrin İkinci Qurultayında baş nazirin müavini Əli Əhmədov deyib. Təhsil naziri isə tələbələrin məişət şəraitinin yaxşılaşdırılması üçün həm paytaxtda, həm də bölgələrdə müasir yataqxanaların inşa edildiyini vurğulayıb. Bakıdakı 800 nəfərlik müasir yataqxana kompleksi artıq istismara hazırdır.

Azərbaycan tələbələri gələcək hədəfləri müəyyən etmək üçün dövlət rəsmiləri ilə bir araya gəldilər. Tələbələrin ikinci qurultayı Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakçılara təbrik məktubunun oxunması ilə başladı. Prezident administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın oxuduğu məktubda gənclərin ən yeni bilik və texnologiyaları mənimsəyərək ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatınatöhfə verəcəyinə əminlik ifadə olunub.

Dövlətin apardığı gənclər siyasətindən danışan baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökümətinin əsas prioritetlərindən biri gənclərin yaxşı təhsil almasını təmin etməkdir. Əli Əhmədov ölkə əhalisinin gənclərdən ibarət olduğunu və buna görə gənclərlə bağlı atılan addımlara böyük diqqət yetirildiyinə diqqət çəkib.

Qurultayda çıxış edən təhsil naziri Ceyhun Bayramov universitetlərdə dövlət sifarişli yerlərin artırılacağını açıqlayıb. Nazir tələbələrin məişət şəraitinin yaxşılaşdırılması üçün həm paytaxtda, həm də bölgələrdə müasir yataqxanaların inşası işlərinin getdiyini vurğulayıb.

Təhsil naziriDövlət Proqramı" çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır.. Sonda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub.

Xəbər lenti