Xəzər Xəbər

Putin görmə əngəlli qızın xahişini yerə salmadı VİDEO

Veb TV | 15:07 • 21 Dekabr 2018
Putin görmə əngəlli qızın xahişini yerə salmadı

Rusiya prezidenti Vladimir Putinağır xəstəlikdən sonra gözlərini itirəngörmə əngəlli qızın istəyini yerə salmayaraq, ona müsahibə verib.17 yaşlı Reqina Parpiyeva prezidentlə müsahibədən əvvəl prezidentin üzünü «görmək» istədiyini bildirib.

Bütün görmə məhdudiyyətli insanlar kimi, qız da öz müsahibləri ilə əlləri vasitəsilə tanış olur. RF dövlət başçısı qızın istəyini rədd etməyib.

 

Qeyd edək ki, görüş Rusiyada ağır xəstəlikdən əziyyət çəkən uşaqların arzularını həyata keçirən «Mənimlə xəyal qur» layihəsi çərçivəsində baş tutub. Dekabr ayının əvvəllərində Putin könüllülərin forumuna qatılaraq həmin layihə ilə tanış olmuşdu. Tədbirin istənilən üzvü konvert seçərək uşaqlarını arzusunu yerinə yetirə bilər.

Reqina göz sinirini və onurğa beyninə zərər verən sklerozdan əziyyət çəkir. Bununla belə, o, aktiv həyat tərzini davam etdirir və jurnalist olmaq istəyir. Vladimir Ptuindən müsahibə götürmək onun ən böyük arzusu olub./faktxəbər


Xəbər lenti

Çox oxunanlar