Xəzər Xəbər

160 min könüllü bunun üçün ərizə verdi VİDEO

Veb TV | 12:35 • 21 Dekabr 2018
160 min könüllü bunun üçün ərizə verdi

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında könüllü kimi iştirak etmək üçün 160 mindən çox müraciət qeydə alınıb.

Bu, təşkilat komitəsinin müəyyən etdiyi normadan iki dəfə çoxdur.

Komitənin direktorlar şurasının dekabrın 20-də keçirilən iclasında 162 min nəfərin könüllü olmaq üçün ərizə ilə müraciət etdiyi bildirilib.

İclasadan sonra təşkilat komitəsinin baş direktoru Toşiro Muto jurnalistlərə bildirib ki, ərizə ilə müraciət edənlərin 60 faizindən çoxu 11 gün və ya daha artıq müddətə işləmək istədiklərini bildiriblər.

T.Muto deyib ki, əvvəlcədən də nəzərdə tutulduğu kimi, komitə tərəfindən hər biri 10 gün çalışcaq 80 min könüllü seçiləcək.(AZƏRTAC)

Xəbər lenti