Xəzər Xəbər

Ceyhun Bayramov açıqladı - Onlar da ana dilindən imtahan verəcək - VİDEO

Veb TV | 20:10 • 20 Dekabr 2018
Ceyhun Bayramov açıqladı -

Azərbaycan bölməsində təhsil almayan 9-cu sinif şagirdləri ana dilindən də imtahan verəcəklər.

Bunu təhsil naziri Ceyhun Bayramov "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib. Nazir bildirib ki, yenilik 2019-cu ilin buraxılış imtahanlarından etibarən tətbiq ediləcək.

Rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan bölməsinin şagirdlərindən daha yüksək nəticə göstərmələri haqda fikirlərə münasibət bildirən təhsil naziri bunu təkzib edib və deyib ki, Azərbaycan bölməsinin abituriyentlərinin nəticələri adətən daha yüksək olur.

Nazir həmçinin Azərbaycan dilindəki tədris resurslarının digər dillərdəkinə nisbətən aşağı səviyyədə olması məsələsinə də toxunub. O, qeyd edib ki, bunun əsas səbəbi ölkənin 70 il Sovet İmperiyasının tərkibində olmasıdır. Hazırda isə bununla bağlı ciddi işlər aparılır.

Orta məktəblərdəki şagird sıxlığından da danışan Ceyhun Bayramov deyib ki, Bakı şəhərindəki məktəblərin cəmi 10 faizində sıxlıq müşahidə edilir.

Xəbər lenti

Çox oxunanlar