Bakı-Quba yolunun Xızıdan keçən hissəsində aparılan təmir işləri hərəkəti məhdudlaşdırıb. Gecə saatlarında isə vəziyyət daha da çətinləşib. Hətta xəstə daşıyan bir təcili yardım maşını da tıxacda qalıb. Məsələyə Avtomobil YollarıDövlətAgentliyindən də münasibət öyrənmişik.
Yolun təmir olunan hissəsində uzun tıxaclar yaranıb.
Bura Bakı-Quba-Rusiya yolunun Xızı rayonundan keçən hissəsidir.YolunStalçay kəndi ərazisində təmir işləri sürücülərin işini çətinləşdirib.Bu ərazidə hərəkət xeyli məhdudlaşıb.
Gecə saatlarında isə vəziyyət daha da çətinləşib. Sürücülər tərəfindən çəkilən bu görüntüdə tıxacın nə qədər uzun olduğu aydın görünür. Hətta xəstə daşıyan bir təcili yardım maşını da tıxacda qalıb.
Avtomobil yollarıDövlətagentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirir ki, həmin yolda təmir işlərinin aparılması və yol ötürücüsünün tikilməsi əslində o qədər də güclü tıxaca səbəb olmur. Gecə saatlarında baş verən tıxaca səbəb isə xurma dolu yük maşının həmin ərazidə aşması olub. Sürücülər isə iddia edir ki, qəzaya səbəb məhz təmir işlərinin düzgün aparılmaması olub.
Avtomobil yollarıDövlətagentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirir ki, təmir gedən əraziyə yol hərəkətini tənzimləyən nişan və bildirişlər vurulub. Əgər sürücü həmin yolda sürət həddini düzgün seçməyərək qəza törədirsə buna agentlik heç bir məsuliyyət daşımır.