Son günlər Cəlilabad rayonunda taxıl sahələrində ziyanvericilərin çoxalması müşahidə olunur.
Sahələrdə yuvaların artması təsərrüfat sahiblərinin narahatlığını artırıb. Gəmiricilər bitkilərin köklərini vəgövdəsini yeyərək sahələrə ciddi ziyan vurur. Təsərrüfat sahibləri taxıl sahələrinin məhv olacağından narahatdırlar.
Təsərrüfat sahibləri deyirlər ki, ötən illərlə müqayisədə bu əkin mövsümündə siçanlar xeyli çoxalıb. Bu da ilk növbədə məhsuldarlığın aşağı düşməsinəsəbəb ola bilər.
Rayonun Aqrar İnkişaf Mərkəzindən bildirdilər ki, bu il havaların quraq keçməsi ilə əlaqədar taxıl sahələrində zərərvericilərin aktivliyi nəzərə çarpır. Bu hal dağətəyi ərazilərdə daha çox müşahidə olunur.
Bu günə qədər əkin sahələrinin 4280 hektarında zərərvericilərin məhv edilməsi tədbirləri başa çatıb.