Xəzər Xəbər

Dəm qazı yenə ölümə səbəb oldu VİDEO

Veb TV | 19:06 • 20 Dekabr 2018
Dəm qazı yenə ölümə səbəb oldu

Dəm qazı yenə ölümə səbəb olub.

Hadisə Sumqayıtda, Corat qəsəbəsində olub. Dəm qazı gəncqızınhəyatına son qoyub. Qəsəbə sakini, 20 yaşlı Günel Dövlətzadə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması Sumqayıt şəhər morquna təhvil verilib.

Dəm qazı Goranboyda da ölümə səbəb olub. 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Bədbəxt hadisə Xanqərvənd kəndində baş verib. Kənd sakini Asəf Şükürov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Zərərçəkən xəstəxanaya çatdırlısa da onun həyatını xilas etmək mümkün olmayıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti