Bakıda tələbələr arasında mübahisə bıçaqlanma ilə nəticlənib. Hadisə Nərimaov rayonu ərazisində Bakı Avrasiya Universitetinin yaxınlığında olub. Adı çəkilən universitetin filologiya fakultəsinin birinci kurs tələbəsi Azər Həşimov öz qrup yoldaşı ilə mübahisə edib.
Bu zaman adı hələ ki, açıqlanmayan tələbə tərəfindən bıçaqlanıb. Unversitetin rektor köməkçisi Şəfayət Əliyevin sözlərinə görə,yaralı tələbə yıxıla-yıxıla universitetə gəlib və təcili xəstəxanaya çatdırılıb.
Xəstəxandan verilən məlumata görə, Azər Həşimovun vəziyyəti normaldır. Faktla bağlı 17-ci polis şöbəsinin əməkdaşları araşdırma aparır.