Rusiya silahlanma üzrə beynəlxalq sistemin dağılmasını müşahidə edir.
ABŞ-ın Orta və yaxın mənzilli raketlərinin məhvi haqqında Müqavilədən çıxışını xatırladan Putin deyid edib ki, Moskva bundan sonra öz silahlarını müasirləşdirməyə məcburdur.
XəzərXəbər publika.az-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransında deyib.
Dövlət başçısı vurğulayıb ki, söhbət ancaq paritetin saxlanılmasından gedir. Putinin sözlərinə görə, sivilizasiyanın, hətta planetlərinin məhv olmasına gətirib çıxara biləcək ssenari təhlükəsi var. "Silahın tətbiqi ehtimalının artması tendensiyası mövcuddur. Və bu çox təhlükəlidir. Bu, qlobal nüvə faciəsinə gətirib çıxara bilər. İkinci problem, qeyri-nüvə planında ballistik raketlərin tətbiqidir. Amerika partnyorları bundan imtina etdilər, amma ideyanın özü mövcuddur", - Putin deyib.