Klublararası dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
Qol.az-ın xəbərinə görə, Avropa və Asiyada Çempionlar Liqasının qaliblərinin duelində "Real” qalib gəlib.
Yaponiyanın "Kaşima” klubu ilə oyunda Qaret Beyl het-trik edib. Asiya təmsilçisi isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 3:1.
19 dekabr
"Kaşima” (Yaponiya) – "Real” (İspaniya) – 1:3
Qollar:Beyl, 44 (0:1), 53 (0:2), 55 (0:3), Dol, 78(1:3)
Qeyd edək ki, Madrid klubu dekabrın 22-də finalda BƏƏ çempionu "Əl-Əyn”lə üz-üzə gələcək. Yaponiyalılar isə 3-cü yer uğrunda matçda Argentina "River Pleyt”i ilə qarşılaşacaq.