Hər il olduğu kimi bu il də bayrama az qalmış mağaza və yarmarkalarda uşaqlar üçün bayramlıq hədiyyələr satışa çıxarılıb. İndi xüsusəndə valideyinləri maraqlandıran məsələ həmin hədiyyə qutularının içərisnişdə olan məhsulların keyfiyyət məsələsidir. Elə buna görə də qida təhlükəsizliyi agentliyinin valideyinlərə bir sıra tövsiyyələri var.
Paytaxtın müxtəlif ərazilərində yeni il öncəsi mağazalarda satışa çıxarılan və uşaqlar üçün nəzərdə tutulan hədiyyələri demək olar ki, bir çox valideynlər alır. Ancaq bu hədiyyələri alarkən hədiyyə qutularının içərisindəki məhsulların istifadə müddətinə fikir verilməlidir. Çünki bəzən hədiyyələrin içərisində olan şirniyyatlar və digər qidaların müddətinin keçdiyi məlum olur.
Uşaqlar üçün nəzərdə tutulan bu hədiyyələr mağazalarda həcmindən asılı olaraq müxtəlif qiymətə satılır. Satıcıların sözlərinə görə, hədiyyə qutuları müxtəlif şirkətlərdən hazır vəziyyətdə gəlir.
Çəkiliş zamanı hədiyyə qutularının içindəki məhsulların son istifadə tarixinə baxdıq.
Qida Təhlükəsizliyi Agnetliyinin mütəxəssisi Günel Məlikzadə deyir ki, indiyədək hədiyyə qutularındakı məhsulların keyfiyyətsiz olması ilə bağlıAgentliyə hər hansısa şikayyət daxil olmuyub. Vətəndaşlar qutunun içindəki məhsulların üzərindəki son istifadə tarixinə diqqət etmədən həmin məhsulları almasınlar.
Hansısa problemlə qarşılaşan vətəndaş Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli qaynar xəttinə zəng vurub şikayət edə bilər.