Xəzər Xəbər

Kılıçdaroğludan XAİN ADDIM: ASALA-nı müdafiə edən Avazyanla görüşdü və... VİDEO

Veb TV | 19:53 • 19 Dekabr 2018
Kılıçdaroğludan XAİN ADDIM: ASALA-nı müdafiə edən Avazyanla görüşdü və...

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu siyasi ambisiyaları namninə hətta ölkəsinə düşmən kəsilən şəxslərdən də dəstək istəyir. Belə ki, o, PKK dəstəkçiləri ilə görüşdən sonra indi də ASALA və Fetö- terror təşkilatlarına xüsusi rəğbəti ilə seçilən erməni əsilli Natalya Ayvazyanla görüşüb. Görünür onun üçün siyasi maraqları hər şeyin fövqündə dayanır. Halbuki, erməni və PKK-terorrçularının dəstəkləyənlərlə görüşmək təkcə öz ölkəsinə yox bütün türk dünaysına xəyanətdir.

Qarşıdan gələn bələdiyyə seçkilərində dəstək qazanmaq naminə Cümhuriyyət Xalq Partiyasının sədri vətən xainləri ilə belə işbirliyi edir. Türkiyə mətbuatının yaydığı xəbərlərdə bildirilir ki, Kılıçdaroğlu bu dəfə erməni əsilli Natalya Ayvazyanla görüşüb. Məlum məsələdir ki, Kılıcdaroğlu Ayvazyanın sosial mediyadakı gücündən istifadə etmək niyyətindədir. Çünki yaydığı arxiv fotoşəkilləri ilə sosial şəbəkələrdə məhşurlaşan erməni əsilli Ayvazyan sosial şəbəkə fenopmenidir və paylaşdığı hər fikir və foto yüzminlərlə təqibçisi tərəfindən izlənilir. Kılıçdaroğlu üçün isə Ayvazyanın siyasi kimliyi yox, onun sosial şəbəkələrdəki təsir qabiliyyəti maraqlıdır.

Halbuki Natalya ayvazyan Fetö və ASALA terror təşkilatına olan rəğbətini gizlətmir. yazdığı statuslarda onların hərəkətlərinə, dövlətçilik əleyhinə fəaliyyətlərinə haqq qazandırır. Onun vətən xaini olmasını təsdiqləmək üçün təkcə bu statusuna diqqət yetirmək kifayətdir. Belə ki, Ayvazyan 1982-ci ildə Türkiyənin Esen Boğa hava limanında terror aktı törətmiş və 9 nəfərin ölümünə səbəb olmuş ASALA- üzvü Levon Ekmekçiyanı inqilabçı adlandırır. Terrorçunun ölümünün ildönümünü canfəşanlıqla qeyd edir.

 

Yəqin ki ASALA terror təşkilatının Azərbaycan və Türkiyənin əleyhinə fəliyyətindən çoxları xəbərdardır. İki qardaş ölkə də daxil olmaqla dünyanın 16 ölkəsində terror aktları törədən bu təşkilatın əsas məqsədi Azərbaycan və Türkiyə torpaqları hesabına böyük Ermənistan yaratmaqdır. Hava limanı, avtobus və qatarlarda çoxlu sayda terror aktı törədən ASALA həm də xaricdəki türk diplomatlarına qarşı suiqəsdlərin də təşkilatçısı olub.

 

Ayvazyan Türkiyə üçün digər bir həssas mövzu olan qondarma erməni soyqırımı məsələsində də dövlətinə əleyhinə fikirlər paylaşır. Qondarma soyqırımı təbliğ edir.

 

Kamal Kılıçdaroğlunun öz siyasi ambisiyaları naminə belə bir şəxslə görüşməsi elə terorçularla əməkdaşlıqdan başqa bir şey deyil. Bütün türk dünyasına qənim kəsilən terrorçularla əlaqəyə girmək təkcə öz ölkəsinə yox, elə bütün türk dünyasına xəyanət etməkdir. Halbuki həm AKP hakimiyyəti, həm də bundan əvvəlki hakimiyyətlər bu məsələdə hər zaman qətiyyətli və barışmaz mövqedə olub. Xüsusilə də erməni terrorundan əziyyət çəkən və Ermənistanla müharibə şəraitində olan Azərbaycana tam dəstək nümayiş etdirlib.

Maraqlısı budur ki, Kılıcdaroğlunun antimilli qüvvələrlə bu yeganə görüşü deyil. bir müddət əvvəl o, Almaniyada Fridirix Ebert fondunda PKK və PYG terror teşkilatlarının müdafiəçiləri olan Sevim Taşdelen və Evrim Sommerlə görüşmüşdü. Hətta yerli mətbuatın məlumatına görə Kılıcdaroğlu məhz bu şəxslərin vasitəsi ilə PKK-ilə əlaqəyə girib. PKK- ilə erməni terror təşkilatlarının əməkdaşlığı artıq heç kəs üçün sirr deyil. Hətta PKK-çıların işğal altında olan Azərbaycan torpaqlarında təlim keçməsi habelə çoxlu sayda erməninin PKK-ya qoşulması ilə bağlı kifayət qədər faktlar var.

Əcaba terrorçulardan dəstək gözləyən Kılıçdaroğlu əvəzində onalara nə vəd edib? Bu sualın cavabını düşünmək belə dəhşətlidir.

Xəbər lenti